Goranboy rayonunun icra hakimiyyətinin əməkdaşı qəzaya düşüb

Goranboy rayonunun icra hakimiyyətinin əməkdaşı qəzaya düşüb
# 27 noyabr 2021 23:41 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1988-ci il təvəllüdlü Murov Həsənov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Murov Həsənovun getdiyi avtomobil taksi olub.

Qeyd edək ki Murov Həsənov Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR