Goranboy sakini naməlum şəraitdə ağır xəsarətlər alıb

Goranboy sakini naməlum şəraitdə ağır xəsarətlər alıb
# 27 iyun 2021 00:19 (UTC +04:00)

Goranboyda 36 yaşlı kişi çoxsaylı bədən xəsarətləri alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Tapqaraqoyunlu kəndində baş verib.

1985-ci il təvəllüdlü kənd sakini Bilalov Allahverdi Məhəmməd oğlu naməlum şəraitdə çoxsaylı ağır bədən xəsarətləri alıb. O, sağ qulaq və döş nahiyəsinin kəsilmiş-cırılmış xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR