Goranboy sakinindən odlu silah götürülüb

Goranboy sakinindən odlu silah götürülüb
# 15 iyun 2021 12:39 (UTC +04:00)

Goranboy sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayon sakini S.Salmanovun idarə etdiyi “UAZ-452A” markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR