Goranboyda 11 yaşlı uşaq yanıq xəsarəti alıb

Goranboyda 11 yaşlı uşaq yanıq xəsarəti alıb
# 01 avqust 2021 13:51 (UTC +04:00)

Goranboyda 11 yaşlı uşaq velosipedlə tullantıların yandığı tonqala yıxılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

2010-cu il təvəllüdlü kənd sakini Sərxan Ağammədov velosipedlə gəzərkən ehtiyatsızlıq edərək kənddə məişət tullantılarının yandırılması üçün qalanan tonqala yıxılıb.

Müxtəlif yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb. Görülən ilkin tibbi yardım sayəsində uşağın durumunun stabilləşdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR