Goranboyda 2 nəfər Türkiyə vətəndaşı dəm qazından zəhərlənərək ölüb - VİDEO

Goranboyda 2 nəfər Türkiyə vətəndaşı dəm qazından zəhərlənərək ölüb - VİDEO
# 05 dekabr 2021 18:00 (UTC +04:00)

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Türkiyə vətəndaşları 1971-ci il təvəllüdlü Mustafa Zəngin və 1967-ci il təvəllüdlü Cavid Özoğul dünyasını dəyişib. 1989-ci il təvəllüdlü Yolçiyev Nüsrətin vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR