Goranboyda 46 yaşlı kişi döyülüb

Goranboyda 46 yaşlı kişi döyülüb
# 24 may 2021 16:10 (UTC +04:00)

Kəlbəcər sakini Goranboyda döyülərək xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumata görə, hadisə Yeni Veyisli qəsəbəsində baş verib. 1975-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Mövlayev Asif Nəbi oğlu naməlum şəraitdə döyülərək xəsarət alıb. O, sol qulağının kəsilmiş-çapılmış diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR