Goranboyda 50 yaşlı qadını ilan sancıb

Goranboyda 50 yaşlı qadını ilan sancıb
# 27 may 2021 15:38 (UTC +04:00)

Goranboy rayonunda qadını ilan vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü kənd sakini Gülməmmədova Türanə Əliqama qızı fərdi təsərrüfatında alaq otu təmizləyərkən ilan əlindən sancıb. Şəkər xəstəliyindən əziyyət çəkən qadının ilan sancmasından sonra vəziyyəti ağırlaşıb.

T. Gülməmmədova xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR