Goranboyda avtomaşın piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Goranboyda avtomaşın piyadanı vuraraq öldürüb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 02 avqust 2021 03:15 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


21:48

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus yolu keçmək istəyən Borsunlu kənd sakini 1964-cü il təvəllüdlü Tanrıverdiyev Qüdrət Həsən oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR