​​​​​​​Goranboyda avtomobil aşıb, xəsarət alan var

​​​​​​​Goranboyda avtomobil aşıb, xəsarət alan var
# 05 avqust 2021 12:14 (UTC +04:00)

Goranboyda idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi yaxınlığında baş verib.

Minik maşınının sürücüsü qarşısına çıxan qəfil maneədən yayınmaq istəyərkən idarəetməni itirib, avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Bərdə rayon sakini Qasımov Tural Bayram oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR