Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürüb - VİDEO

Goranboyda avtomobilini təmir edən sürücünü digər maşın vuraraq öldürüb - VİDEO
# 28 sentyabr 2021 08:34 (UTC +04:00)

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR