Goranboyda avtoqəzada ölən sürücünün adı məlum olub - YENİLƏNİB - VİDEO

Goranboyda avtoqəzada ölən sürücünün adı məlum olub - YENİLƏNİB  - VİDEO
# 17 iyun 2021 00:24 (UTC +04:00)

Goranboyda baş vermiş yol qəzası nəticəsində ölən sürücünün adı məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu, 1961-ci il təvəllüdlü Goranboy rayonunun Veyisli kənd sakini Həsənov Nazim Məhəmməd oğludur.

***

Saat 23:44

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi yaxınlığından keçən yolda baş verib.

İdarəetmədən çıxan "VAZ 2106" markalı avtomaşın aşıb. İlkin məlumata görə, şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR