Goranboyda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Goranboyda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 03 oktyabr 2021 20:20 (UTC +04:00)

Goran -Tərtər avtomobil yolunun Məşədiqaralar kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan iki nəfər – Samux rayon sakini, 1984-cü il təvəllüdlü Nəbiyeva Elnurə Ruzvet qızı və Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Mirzəyev Canbala Kamil oğlu xəstəxanaya yerləşdiriliblər.

Sağlamlıq durumu daha ciddi olan Elnurə Nəbiyeva Gəncədəki klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR