Goranboyda iki avtomobil toqquşub, biri yanıb

Goranboyda iki avtomobil toqquşub, biri yanıb
# 02 oktyabr 2021 13:12 (UTC +04:00)

Goranboy rayonunun Ağamalıoğlu kəndində “BАЗ” markalı iki minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qəza nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR