Goranboyda ikimərtəbəli evdə yanğın olub

Goranboyda ikimərtəbəli evdə yanğın olub
# 17 sentyabr 2021 05:57 (UTC +04:00)

Goranboy rayonunun Qaraçinar kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 156 m² olan (hər mərtəbəsi 78 m², 2-ci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR