Goranboyda mikroavtobus aşıb, ölənlərin sayı 4 nəfərə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

Goranboyda mikroavtobus aşıb, ölənlərin sayı 4 nəfərə çatıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 18 avqust 2021 22:02 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

21:14

Goranboyda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, yaralıların sayı 10-dan artıqdır.

***

19:31

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində bir nəfərin öldüyü, 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR