Goranboyda minik maşını aşıb, sürücü ağır xəsarət alıb

Goranboyda minik maşını aşıb, sürücü ağır xəsarət alıb
# 26 noyabr 2021 23:45 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nı n yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR