Goranboyda minik maşını ilə traktor toqquşub, bir nəfər xəsarət alıb

Goranboyda minik maşını ilə traktor toqquşub, bir nəfər xəsarət alıb
# 24 avqust 2021 22:20 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmədli şəhərində qeydə alınıb.

Hərəkətə olan "VAZ 2107" markalı minik maşını qoşqulu traktora çırpılıb. Qəza zamanı “VAZ”-in sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR