Goranboyda minik maşını "KamAZ"la toqquşub, xəsarət alanlar var

 Goranboyda minik maşını "KamAZ"la toqquşub, xəsarət alanlar var
# 15 sentyabr 2021 08:48 (UTC +04:00)

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını "KamAZ" maraklı yük maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR