Goranboyda minik maşını motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb

Goranboyda minik maşını motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb
# 09 iyul 2021 17:54 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Zahid Yüzbaşıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR