Goranboyda mühasib Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirib - YENİLƏNİB-1

Goranboyda mühasib Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirib - YENİLƏNİB-1
# 08 oktyabr 2021 14:48 (UTC +04:00)

Prokurorluq Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Goranboy rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

14.41

Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.

APA-nın xəbərinə görə, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.

29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.

Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.

***

14.13

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1964-cü il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR