Mətnə video əlavə olunub.
***
10:55
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Nissan" markalı minik maşını yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.