Goranboyda TIR avtobusa, yük və minik maşınlarına çırpılıb - FOTO - VİDEO - YENİLƏNİB

Goranboy, yol qəzası

© APA | Goranboy, yol qəzası

# 17 iyun 2021 13:12 (UTC +04:00)

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan TIR idarəetmənin itməsi nəticəsində yol kənarına dayanan "Mercedes" markalı sərnişin avtobusuna, "Mitsubishi" markalı avtomobilə və "Shacman" markalı yük maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR