Goranboyda toy qaydalarını pozan şəxslər cərimələnib

Goranboyda toy qaydalarını pozan şəxslər cərimələnib
# 27 iyul 2021 09:47 (UTC +04:00)

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tap Qaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR