Goranboyda yanğın baş verib

Goranboyda yanğın baş verib
# 04 iyul 2021 20:56 (UTC +04:00)

Goranboyda rayon mərkəzində yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Vüqar Bayramov küçəsində qeydə alınıb.

İstifadə edilməyən köhnə tikili köşk və hasarda baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılaraq daha da böyük əraziyə yayılmasına imkan verilməyib. Yanğın zamanı xəsarət alan olmayıb.

Hazırda yanğının tam söndürülməsi üçün işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR