Goranboyda yanğın zamanı bir nəfər xəsarət alıb

Goranboyda yanğın zamanı bir nəfər xəsarət alıb
# 26 oktyabr 2021 08:42 (UTC +04:00)

Goranboyda yanğın nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Şəfibəyli kəndindəki fərdi təsərrüfatda baş verib.

Yanğın mətbəxdən başlayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində müxtəlif yanıq xəsarətləri alan 1954-cü il təvəllüdlü Qasımova Solmaz Yunis qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR