Goranboyda yük maşını yanıb - VİDEO

Goranboyda yük maşını yanıb  - VİDEO
# 11 sentyabr 2021 15:45 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "TIR" tipli yük maşının qoşqusunda anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın zamanı yük maşının qoşqusu içi dolu yükü ilə birlikdə yanıb. Yük maşının özü yanğından mühafizə olunub. Havanın küləkli olması yanğın söndürənlərin işində çətinliklər yaradıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR