Göyçayda narkotik vasitə becərən şəxslər saxlanılıb

çətənə bitkisi

© APA | çətənə bitkisi

# 17 iyun 2021 11:29 (UTC +04:00)

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Potu kənd sakini Ayaz Ovçiyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 11 kiloqramdan artıq olan 12 ədəd çətənə kolu aşkar edilib, onlar qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə şəhər sakini, əvvəllər məhkum olunmuş İxtiyar Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 3 ədəd çətənə bitkisi və çətənə bitkisindən kustar üsulla hazırlanmış 15 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR