Göyçayda 16 yaşlı oğlanın 53 yaşlı kişini qətlə yetirməsi ilə bağlı cinayət işi başlanılıb

Göyçayda 16 yaşlı oğlanın 53 yaşlı kişini qətlə yetirməsi ilə bağlı cinayət işi başlanılıb
# 10 sentyabr 2021 16:26 (UTC +04:00)

Sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR