Göyçayda 180 kiloqram narkotik tərkibli bitkilər məhv edilib

Göyçayda 180 kiloqram narkotik tərkibli bitkilər məhv edilib

© APA | Göyçayda 180 kiloqram narkotik tərkibli bitkilər məhv edilib

# 13 sentyabr 2021 11:53 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Bəydövül kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 180 kiloqram olan 248 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR