Göyçayda 59 yaşlı kişi özünü asıb

Göyçayda 59 yaşlı kişi özünü asıb
# 13 oktyabr 2021 09:17 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Füzuli küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.

Həmin evdə yaşayan 1962-ci il təvəllüdlü Şərifov Rasim Sabir oğlu özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR