Göyçayda ata və oğul həmyerlisini döyərək bıçaqlayıb

Göyçayda ata və oğul həmyerlisini döyərək bıçaqlayıb
# 07 oktyabr 2021 13:46 (UTC +04:00)

Göyçay rayon sakinləri arasında dava bıçaqlanma ilə nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü Sadiq Sadiqov həmyerlisi - 1966-cı il təvəllüdlü Həmzə Məmmədovu döyüb. Onların arasında baş verən dava zamanı Sadiq Sadiqovun oğlu, 1990-cı il təvəllüdlü Allahverən Sadiqov Həmzə Məmmədova hücum edərək onu bıçaqlayıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov da təsdiqləyib. O, APA-nın yerli bürosuna bildirib ki, hadisəni törədən ata və oğul polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR