Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb
# 29 oktyabr 2021 09:47 (UTC +04:00)

Göyçay şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada Abdulla Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Abdulla Məmmədov orada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR