Göyçayda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Göyçayda qəza, hadisə yeri

© APA | Göyçayda qəza, hadisə yeri

# 04 iyul 2021 17:47 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 12:24

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.

"Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR