Göyçayda itkin düşən şəxsin meyiti Yuxarı Şirvan kanalında tapılıb

Göyçayda itkin düşən şəxsin meyiti Yuxarı Şirvan kanalında tapılıb
# 14 sentyabr 2021 22:10 (UTC +04:00)

Göyçay rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu 2 gün öncə yaşadığı evdən çıxaraq geri qayıtmadığı üçün itkin kimi onun axtarışına başlanılıb.

Məlumata görə, Fuad Mustafayev ev paltarı ilə Qaraman-Göyçay xətti ilə hərəkət edən avtobusa minərək Hacalıkənd kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanına gəlib, körpünün üstündə avtobusdan düşərək naməlum istiqamətə gedib. Onun həmin ərazidə intihar etdiyi məlum olub.

Bu gün balıqçılar onun meyitini Yuxarı Şirvan kanalında taparaq ailəsinə təhvil veriblər. O, suda batdığı yerdən 500 metr aralıdan tapılıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.

Fuad İsmayılov bir neçə gün öncə ürək nahiyəsindən əməliyyat olunmuşdu.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR