Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

© APA | Göyçayda keçmiş məhkum heroinlə saxlanılıb

# 04 avqust 2021 10:16 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR