Göyçayda keçmiş məhkumdan "patı" və heroin götürülüb

Göyçayda keçmiş məhkumdan "patı" və heroin götürülüb
# 17 iyul 2021 15:05 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Qəndəliyevin üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə-metamfetamin ("patı") və heroin aşkarlanıb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR