Göyçayda kişinin arvadını və özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb

Göyçayda kişinin arvadını və özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb
# 05 iyul 2021 10:17 (UTC +04:00)

İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR