Göyçayda məktəb direktorunun müavinini elektrik cərəyanı vuraraq öldürüb

Göyçayda məktəb direktorunun müavinini elektrik cərəyanı vuraraq öldürüb
# 29 avqust 2021 18:27 (UTC +04:00)

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su matoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, matorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub. X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR