Göyçayda ölümlə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub - FOTO - YENİLƏNİB - 1 - VİDEO

Göyçayda ölümlə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub - FOTO  - YENİLƏNİB - 1  - VİDEO
# 20 noyabr 2021 23:08 (UTC +04:00)

Göyçayda qəza törədən "VAZ 2107" markalı minik avtomobili toy karvanında olub.

APA-nın yerli bürosunun xəbərinə görə, sürücü Nağı Qarayev idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən qəflətən qarşı tərəfdən gələn "Mercedes Ateco" markalı yük maşınının qarşısına çıxaraq toqquşub.

Sonra isə "VAZ 2107" yol kənarında dayanmış "VAZ 2106" markalı minik avtomobilinə çırpılaraq onu aşırıb.

***

21:41

Bu gün axşam saatlarında Göyçay rayonunda "VAZ 2107", "VAZ 2106" və "Mercedes Ateco" markalı avtomobillərin zəncirvarı qəzası zamanı ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı 50-DS-952 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 1994-cü il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

***

18:12

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107", "VAZ-2106" və "Mercedes Ateco" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR