Göyçayda “patı” alverçiləri saxlanılıb, birindən qumbara aşkarlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Göyçayda “patı” alverçisindən qumbara aşkarlanıb

© APA | Göyçayda “patı” alverçisindən qumbara aşkarlanıb

# 27 iyul 2021 21:08 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


13:59

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan 1 ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

Keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR