Göyçayda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vuraraq öldürüb - FOTO - VİDEO

Göyçayda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vuraraq öldürüb - FOTO  - VİDEO
# 20 noyabr 2021 23:52 (UTC +04:00)

Bu gün axşam saatlarında Göyçay rayonunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR