Göyçayda qonşusunun evindən 20 min manat oğurlayan şəxs saxlanılıb - VİDEO

Göyçayda qonşusunun evindən 20 min manat oğurlayan şəxs

© APA | Göyçayda qonşusunun evindən 20 min manat oğurlayan şəxs

# 08 sentyabr 2021 12:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 000 manat pulun naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı pulları özünə məxsus bağ sahəsində ağacın dibində gizlətdiyini bildirib. Pullar həmin yerdən götürülüb və maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR