Göyçayda toy mərasimlərində karantin qaydaları pozulub

Göyçayda toy mərasimlərində karantin qaydaları pozulub
# 15 oktyabr 2021 09:34 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evlərdə keçirilən toy və şənlik mərasimlərində qaydaların pozulması halları aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Analoji qayda pozuntularına rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR