Göyçayda yük avtomobili yanıb - VİDEO - YENİLƏNİB

Göyçayda avtomobil yanıb

© APA | Göyçayda avtomobil yanıb

# 22 may 2021 18:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Göyçayda avtomobilin yanması ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən məlumatına görə, rayonda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi və yük yerində hər birinin həcmi 40 litr olan 2 ədəd yanacaq dolu çəllək yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:46

Göyçay rayonunda yük avtomobili yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. Göyçay sakini İsmayılov Fariz Şahpənəg oğlu idarə etdiyi 99-CM-383 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısaqapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib.

Nəticədə avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb.

Hadisə zamanı polis əməkdaşları tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti dayandırılıb, yanğın söndürüldükdən sonra hərəkət bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR