Göygöl sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Göygöl sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb
# 08 noyabr 2021 21:28 (UTC +04:00)

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadel kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Verdiyev Ələsgər Mürsəl oğlu bədənin çoxsaylı yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, 57 yaşlı kişi tonqal yandıran zaman yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR