Göygöldə gənc kişini bıçaqlayan 20 yaşlı oğlan tutulub - YENİLƏNİB

Göygöldə gənc kişini bıçaqlayan 20 yaşlı oğlan tutulub - YENİLƏNİB
# 01 avqust 2021 10:00 (UTC +04:00)

Göygöl sakinini bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni 2001-ci il təvəllüdlü Kənan Axundov törədib. O polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

31 iyul, saat 23:03

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü İsmaylov Sənan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR