Göygöldə kürəkənini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə kürəkənini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 25 sentyabr 2021 23:44 (UTC +04:00)

Göygöldə kürəkənini bıçaqlayan 1955-ci il təvəllüdlü İbrahimov Amil Adil oğlu saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

23:33

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR