Göygöl sakinini kimin bıçaqladığı məlum olub - YENİLƏNİB

Göygöl sakinini kimin bıçaqladığı məlum olub - YENİLƏNİB
# 18 iyul 2021 10:21 (UTC +04:00)

Göygöl sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə, Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlunu şəxsi münasibətlər zəmində qohumu (keçmiş qudası) 1965-cı il təvəllüdlü Göygöl Topalhəsənli kənd sakini Nemət Yusubov bıçaqlayıb.

O hadisəni törədəndən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində polis əməkdaşları axtarışlara başlayıb.

Saat 05:20

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Dubay bazarı" da qeydə alınlb.

Göygöl rayonun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elxan Heydər oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 56 yaşlı kişini qudası bıçaqlayıb. Səbəb kimi qızını 2 il əvvəl boşadıqları göstərilir. Belə ki, E.Abdullayevin oğlu 2-ci dəfə ailə həyatı qurub. Bunu qəbul edə bilməyən qız atası bıçağa əl atıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR