Göygöldə bağda kişi meyiti tapılıb - VİDEO

Göygöldə bağda kişi meyiti tapılıb - VİDEO
# 30 avqust 2021 21:11 (UTC +04:00)

Göygöldə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Nürəddin Məmmədovun işlədiyi bağda meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

64 yaşlı kişinin hansı səbəbdən ölməsi məlum deyil. İlkin ehtimala görə, N.Məmmədov bağda mühafizəçi işləyirmiş.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR