Göygöldə çayda 50 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB - VİDEO

Göygöldə çayda 50 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB  - VİDEO
# 03 noyabr 2021 15:53 (UTC +04:00)

Göygöldə çayda meyiti tapılan şəxsin kimlyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxsin 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Kazımov olduğu bildirilir.

Onun hündürlükdən çaya yıxılaraq öldüyü ehtimal olunur.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

***

15.21

Göygöl rayonunda kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Almədətli kəndində qeydə alınıb. Ərazidən axan çayda 40-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb.

Meyitin kimliyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR